Ümumi audit

Ümumi audit

Ümumi audit xidmətlərinin göstərilməsi - mühasibat uçotunun müstəqil auditor yoxlanılması İmpusl Audit audit - konsaltinq şirkətinin əsas istiqamətlərindən biridir. Sadə dillə desək, ümumi audit dedikdə - "Audit fəaliyyəti haqqında" AR qanununda nəzərdə tutulmuş qaydada istənilən mülkiyyət formasına və fəaliyyət növünə aid olan təşkilatların auditor yoxlaması auditor yoxlaması başa düşülür. ( (banklar və sığorta təşkilatları istisna ) Ümumi auditin əsas məqsədi təkcə səhvlərin tapılması deyil, bu səhvlərin ləğv edilməsinin optimal tövsiyyələrinin formulə edilməsidir. Qeyd edək ki, hər bir auditor şirkəti ümumi audti həyata keçirməyi vəd etsə də, keyfiyyətli ümumi audit işini yalnız ciddi şirkətlərə həvalə etmək lazımdır. Odur ki, bele ucuz auditor şirkətlərinə müraciət etməklə qənaətə nail olmaqdansa belə qənaətdən gələcəkdə daha çox itkilərə məruz qalmamağı əvvəlcədən düşünmək daha sərfəli olardı.

Bizim qiymətlər

Auditor xidmətlərinin dəyərinə gəldikdə isə, bu əksər hallarda auditor xidmətinin spesifikasına uyğun olaraq hər bir müştəri ilə individual qaydada müzakirə edilir. Biz hər bir müştəriyə onun məqasədlərini və maliyyə imkanlarını dəqiq nəzərə alaraq optimal qiymətlər təklif etməyə hazırıq. Hər bir müştəri bizim üçün dəyərlidir!

Sair auditor xidmətlərimiz

Ümumi auditdən başqa biz ekspress audit, könüllü audit, məcburi audit, vergi auditi xidmətləri də təklif etməyə hazırıq.

Bizim zəmanətimiz

Biz hər bir auditor yoxlamasının nəticələrinə görə tam maddi məsuliyyət daşıyırıq. Konfidensiallığa gəlincə - bizim şirkət audit yoxlaması və müştərinin fəaliyyəti haqqında hər hansı bir informasiyanın tam konfidensiallığına zəmanət verir.