HAQQIMIZDA

Şirkət Haqqında

İmpuls Audit şirkəti bütün müştərilərə biznesin genişliyindən və mülkiyyətin növündən asılı olmayaraq audit, mühasibat, qiymətləndirmə, vergi və qeydiyyat üzrə xidmətlərin tam spektrini təklif edir. Bu gün Şirkətin sərəncamında yüksək təcrübə və peşəkarlığa mütəxəssislər çalışır. Yüksək səviyyəli Müştərilər - yüksək səviyyəli xidmət Artıq Şirkətimizin müştəriləri arasında onlarca orta və kiçik biznesə malik təşkilətlar mövcuddur.

İmpuls Audit şirkətinin tarixi

Impuls Audit şirkətinin tarixi 2007-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üzrə xidmət göstərilməsi ilə başlansa da, qeydiyyat xidmətinin həyata keçirilməsi mərhələsində aydın oldu ki, şirkətin gələcək inkişafı müştərilərin problemlərinin həllinə kompleks yanaşma olmadan mümkün deyildir. Bu məqsədlə 2008-ci ildə şirkətin strukturunda - mühasibat uçotu departamenti yaradılmışdır.

Müştərilərlə düzgün əlaqələrin qurulması, onların problemlərinə ciddi, vaxtında və məsuliyyətlə yanaşılması sonrakı illərdə yeni müştərilərin cəlb edilməsi və şirkətin təqdim etdiyi xidmətlər spektrinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsi olaraq 2009-cu ildən audit xidməti, vergi konsaltinqi, insan resursları ilə bağlı xidmətin həyata keçirilməsinə start verilmışdir.

Ölkədə iqtisadi inkişafın güclənməsi, bunun fonunda şirkətlərin xarici partnyorlarla əlaqələrının artması və iri pul bazarlarına çixmaq ehtiyacı beynəlxalq mühasibat uçotu standartları üzrə hesabatların tərtib edilməsi tələbinin artımını zəruri etmişdir ki, İmpuls Audit şirkəti müştərilərin bu ehtiyacını qarşılamaqdan ötrü kifayət qədər peşəkar mütəxəssis cəlb edə bilmişdir.

Daşınmaz əmlak bazarının artım tempi isə İmpuls Audit şirkətinin yeni fəaliyyət istiqamətini müəyyən etmişdir ki bu da müştərilərə beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətinin təklif edilməsindən ibarətdir.

İmpuls Audit şirkətinin inkişaf tarixi davam edir........

İmpuls Audit şirkətinin missiyası və hədəfləri

İmpuls Audit şirkətlər qrupunun yaradılması məqsədi -

  • Biznesin bütün təşkilati-hüquqi formaları, seqmenti, miqyası üzrə uçot spesifikaları nəzərə alınmaqla kompleks konsaltinq həlli təqdim edəcək çoxfunksiyalı Şirkətlər qrupunun yaradılması.

İmpuls Audit şirkətlər qrupunun missiyası -

  • Ənənəvi və yeni konsaltinq həllərinin təklif edilməsi hesabına müştərilərə yerli və xarici bazarlarda biznesin yüksək rentabelliyinə nail olmaqda köməklik göstərmək.

İmpuls Audit şirkətlər qrupunun strateji hədəfləri -

  • Ölkəmizdə konsaltinq xidmətləri bazarında lider mövqeyə malik olmaq. 
  • Müştərilərə xidmət səviyyəsinin daim təkmilləşdirilməsi.
  • Konsaltinq xidmətləri bazarında stabil və etibarlı tərəfdaş kimi müsbət imicin daim qorunub saxlanılması.